Ağdaş Regional Mədəniyyət İdarəsində növbəti vətəndaş qəbulu keçirildi-Foto

Saat24.Az xəbər verir ki,Noyabrın 16-da Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov vətəndaşları qəbul edib. 

Qəbulda vətəndaşların işlə təmin edilməsi, iş yerinin dəyişdirilməsi və digər mövzularda müraciətləri region rəisi tərəfindən dinlənilib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qeydiyyata alınıb.