Regional Qaz İstismarı İdarələrinin rəislərinin icra başçıları ilə görüşləri davam edir

Regional Qaz İstismarı İdarələrinin rəislərinin icra başçıları ilə görüşləri davam edir.

SOCAR “Azəriqaz” İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin rəhbər şəxsləri ilə görüşləri keçirilir.

Qanunla.Az xəbər verir ki, məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Sumqayıt Qaz İstismarı Sahəsinin rəisinin Şəhər İcra Hakimiyyəti başçısının müavini ilə görüşü baş tutub.
Görüş zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.