1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı

1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı.

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında bir sıra dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. XX əsrin son rübündə Azərbaycanın müstəqilliyinin cəmi 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi,Belə çətin situasiyada “ Əsrin müqaviləsi”nin imzalanması prosesi labüd məsələlərdən biri kimi qarşıda durmuşdu.. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı.. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı. Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu.

“Əsrin müqaviəsi” imzalanandan bu günə kimi dövlət başçımızın yeritdiyi mühümislahatlar nəticəsində Azərbaycan günü-gündən inkişaf edir

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi- uşaq bağçasının müdiri

 

 

ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin.

Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, Azərbaycan son 19 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmuşdur.Azərbaycan Respublikasının  dünyadakı nüfuzu durmadan artır, region siyasi, iqtisadi və mədəni mərkəzə çevrilir.Bu gün Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuşdur. Bunun nəticəsində Azərbaycanın bütün bölgələrində dinamik tərəqqi yaşanır.

Azərbaycanın dinamik inkişafının göstəricisi kimi Bakıda  28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olmuşdur.Bu sərgidə bir çox məsələlərə toxunulmuşdur ki,bunlardan biri də enerji sahəsi idi.

30 il ərzində  Azərbaycan enerji sahəsində bir çox ölkələrlə uğurlu  əməkdaşlıq edir. Bu gün isə artıq bu sahələr şaxələndirilir. ABŞ və Böyük Britaniya kimi inkişaf etmiş ölkələr  hər zaman bizim bu istiqamətdə olan  bütün təşəbbüslərimizi dəstəkləyiblər. Bunun nəticəsində Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Əvvəlcə bu məsələ neftə aid idi, indi isə burada qaz sahəsi əsas söhbət mövzusudur.

Azərbaycan Respublikası  nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə  ən başlıca yeri tutur.Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir.

Nurlu Mikayılova-Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Qlobal əhəmiyyətli layihə

“Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng layihələrindən biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır.

Cənub Qaz Dəhlizinin təkcə neft-qaz sənayemizin deyil,  ümumən  xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır.Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir:  Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bir çox ölkələr də bu layihəyə qoşulmaq niyyətindədirlər.Bu məsələ həyata keçdiyi zaman  “Cənub qaz dəhlizi”nin hələ “qol”ları olacaq. Çünki Avropada  Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da  genişləndirmək imkanı verir. Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Cənub Qaz Dəhlizinin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun təkcə iqtisadi deyil, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasının da müstəsna əhəmiyyəti vardır. Azərbaycan Respublikası  hələ uzun müddət dövlətimizin başçısının siya­si iradəsi nəticəsində reallaşmış təşəbbüslərdən faydalanacaq  və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq.

 Zahidə Mustafayeva-Çallı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun  açılışıdır.

Önəmli tədbirlərdən biri də Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi.Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ümumi uzunluğu 182 kilometrdir. Bu kəmər Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Layihə  Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə gerçəkləşdirilmişdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası  texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırmışdır. IGB Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan  təbii qazı Bolqarıstana çatdıracaqdır. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın mavi yanacağa tələbatının 25-30 faizini ödəyəcəyi düşünülür.
İnterkonnektorun açılış mərasimində Azərbaycan qazının ixracı və onun potensialı məsələlərinə toxunulmuşdur. Önəmli məsələlərdən biri də xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun  imzalanması idi. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcminin  təqribən ən azı iki dəfə artmağı planlaşdırılır. Azərbaycan Respublikasinin bunu etməyə tam şəkildə  potensialı var .
Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu gün “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi yalnız “Şahdəniz” olsa da, yaxın gələcəkdə ona digər yataqların  da qoşulacağı  gözlənilir. Ölkəmiz həmçinin  müasir  və çoxşaxəli qaz nəqliyyatı infrastrukturuna malikdir.  Bu da  bir sıra ölkələri mavi yanacaqla təmin etməyə imkan verir. Qısa müddət ərzində bu sahədə qazanılmış təcrübə və əldə edilmiş uğurlar sabahın daha  böyük işləri üçün də möhkəm zəmin yaradır.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının  müdiri

 

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var

Enerji amili yüz illərdir ki, insanların mövcudluğunun davam etdirilməsində ən önəmli və təməl qaynaqlar arasında öz yerini qorumuşdur. Günümüzdə də bu amil öz əhəmiyyətini qorumaqda davam edərək ölkələrin inkişafında əsas strateji rol oynamaqdadır. Bu günə qədər ənənəvi enerji mənbələri enerjiyə olan ehtiyacın əksər hissəsini qarşılamışdır. Ancaq bu mənbələrə hər ölkənin sahib olmaması, idxal, ixrac və tranzitin yüksək maliyyə tələb etməsi, ehtiyatların tədricən azalması və ətraf mühitə dəyən ziyan səbəbindən enerji istehsalında yeni mənbələrə ehtiyac çoxalmışdır. Enerji resurslarının məhdud olduğuna görə hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır.

Son onilliklərin elmi tədqiqat məhsulu olan “enerji təhlükəsizliyi” anlayışının meydana çıxması bütün tarixi dövr ərzində ayrı-ayrı aspektlərdən qiymətləndirilsə də, vahid konseptual mənada izahlı ifadəsini tapmamışdır.

Bərpa olunan enerji növü enerji istehsalında bərpa oluna bilməyən enerjiyə alternativ olaraq ön plana çıxır. Bütün dövlətlərin enerji ehtiyaclarının müəyyən bir hissəsini öz imkanları hesabına ödəyə bilmək qabiliyyəti müsbət şəkildə qarşılanır, lakin bərpa olunan enerji istehsalı bütün dünyaya yayılmamış və istənilən ölçüyə çatmamışdır. Bərpa olunan enerji mənbələrindən istifadə ətraf mühitin qorunması baxımından da xeyli əhəmiyyətlidir.

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə Azərbaycanın potensialı çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə vardır ki, növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.

Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, Azərbaycan artıq 25 qiqavatlıq sazişlər imzalamışdır. Azərbaycan Respublikası elə şirkətlərlə anlaşma memorandumları imzalayıb ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir.

Çinarə Pirməmmədova-Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının  müdiri