Bu gün tək Qubadlı deyil, bütün Qarabağımız azaddır, müstəqildir” - ŞƏRH EDİLDİ

 

     

    “Bu gün Qubadlının işğaldan azad olunmasından üç il ötür. Bu gün tək Qubadlı deyil, bütün Qarabağımız azaddır, müstəqildir”. Bunun Saat24.Az-a açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

     

    Onun sözlərinə görə, bu gün suveren Azərbaycanımızın ayrılmaz parçası olaraq Qarabağmızda böyük quruculuq işləri həyata keçirilir: “Qarabağmızın hər qarşı düşmən tapdağından azad olundu. Strateji nöqtələrimizin hər birində nəzarətimiz bərpa olundu. Qarabağın hər bir yerində, ata-baba yurdumuzda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Əlbəttə bu böyük bir qürurdu, xoşbəxtlikdir və bu sevinci, qüruru bizə yaşatdığı üçün əlbəttə ki, başda Müzəffər Ali Baş Komandan, xilaskar Prezident, yenilməz Sərkərdə cənab İlham Əliyev olmaqla ordumuzun hər bir mənsubuna əgərimizə, zabitimizə minnətdarıq. Eyni zamanda, hər zaman Prezidentinin, ordusunun yanında olan xalqımızın əzmkarlığı, yenilməz iradəsi sayəsində biz bu qələbəyə nail olduq.

    Cənab Prezident ötən üç il ərzində hər zaman qarşı tərəfə səslənərək deyirdi ki, "Dəmir Yumruq" yerindədir. Son antiterror tədbirlərində də yəqinki həm qarşı tərəf, həm də bütün dünya bu "Dəmir Yumruğ"un gücünü, qüvvəsini, əzmkarlığını bir daha gördü, tanıdı. Qubadlının işğaldan azad olunması günü münasibətilə bütün qubadlıları təbrik edirəm və arzu edərdik ki, tezliklə ata-baba yurdlarına qayıdıb firəvan həyatlarını yaşasınlar”.