Milli Məclisin deputatı Jalə Əliyeva seçicilərini təbrik edib.
Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Jalə Əliyeva müəllif yazısında qeyd edib.
Sözügedən yazını təqdim edirik:
Bu gün elimizin-obamızın əziz günü olan Novruz bayramıdır. Kökünü ən qədim yüzilliklərdən alan, xalqımızın böyük dəyər verdiyi və ənənələrini sevgiylə, ehtiramla qoruyub saxladığı bu bayram münasibətilə bütün dəyərli seçicilərimi, qəhrəman qazilərimizi, məğrur şəhid ailələrini təbrik edirəm. Hər bir azərbaycanlıya aydın səma, daim əmin-amanlıq, bol ruzi-bərəkət arzu edir, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə şəfa diləyir, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Allah xalqımızı, ordumuzu, Prezidentimizi qorusun. Allah şəhidlərimizə rəhmət etsin.
Bayramınız mübarək!
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva