Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik mesajı – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Bununla bağlı Mehriban Əliyeva öz “Instagram” hesabında paylaşım edib.

Birinci vitse-prezident paylaşımında bildirib:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!

Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir!

Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin!

Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”