Türkiyədəki Azərbaycanlı Tələbələr təşkilatı tərəfindən Tokat şəhərində "28 May Cümhuriyyət günü və Məhəmməd Əmin Rəsulzadəyə" həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bir neçə siyasi-ictimai təşkilatlar (İYİ PARTİYA GƏNCLİK QOLLARI, KAMU-SEN SENDİKA, TÜRK OCAKLARI TOKAT ŞUBESİ" iştirak etmişdir.
Tədbir ənənəvi olaraq Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunmasıyla başlamış, Cümhuriyyət qurucularının və şəhidlərin xatirəsinə sayğı duruşu daha sonra qısametrajlı videomaterialın izlənməsi daha sonra isə, Tokat Gaziosmanpaşa Üniversitesinden Öğretim Üyesi Dr.Hakan Yaşar'ın çıxışı ilə davam etmişdir.
Sonda isə, Təşkilatın sədri Seymur Ağayev tədbir iştirakçılarına təşəkkür etmiş və tədbiri Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə yekunlaşdırmışdır.
"Sən bizimsən,bizimsən,
Durduqca bədəndə can.
Yaşa,yaşa çox yaşa ey şanlı Azərbaycan!"