“Açıq mikrofon” aksiyası şimal bölgəsində öz işinə davam edir-FOTO

Ağarəhimoba kəndinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətlər bu gün Xaçmazda keçirilən “Açıq mikrofon” aksiyasında ünvanlanıb.

Qanunla.Az xəbər verir ki, mikrofon önünə çıxan 2 nəfər adıçəkilən kəndin sakinlərinin mavi yanacaq istəyini dilə gətirib. Ünvanlanan 8 müraciətdən əlavə 2 abonent isə operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə təşəkkürünü bildirib. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.