“Açıq mikrofon” Quba abonentlərinin müraciətləri üçün quruldu-FOTO

“Açıq mikrofon” Quba abonentlərinin müraciətləri üçün quruldu.

QanunlaAz xəbər verir ki, “Səyyar qəbul otağı”nın Qubada baş tutan aksiyasında ümumilikdə 19 müraciət ünvanlanıb. Bunlardan 8-i kəndilərin qazlaşdırılmasını özündə əks etdirib. Abonentlərdən Cəlal Məmmədov qaz xəttinin yerinin dəyişdirilməsini, Nazim Məmmədov isə fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Aksiyada ünvanlanan müraciətlər Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.