23 yanvar 2023-cü il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin 2022-ci ildə görülmüş işlər və 2023-cü il üçün hədəflər mövzusunda hesabat iclası keçirilib.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov 2022-ci il ərzində Regional İdarədə və tabe müəssisələrdə həyata keçirilmiş işlər barədə ətraflı çıxış edib. Sonra 2023-cü ildə qarşıda duran vəzifələr və hədəflər barədə danışaraq qeyd edib ki, əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsidir. O bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri mədəniyyət müəssisələrində keçirilən tədbirlərin formatında yeniliklərin edilməsi və müasir çağırışlara cavab verən layihəyönümlü fəaliyyət planının qurulmasıdır.
Həmçinin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Heydər Əliyev irsinin təbliğ və təşviq edilməsi sahəsində mədəniyyət müsəsssələrinin xüsusi rola malik olduğunu vurğulayaraq, bu istiqamətdə görüləcək işlərlə bağlı tapşırıq və tövsiyyələrini iclas iştirakçıları ilə bölüşüb.