İdarə müdiri Ağdaşda vətəndaşları qəbul edib-Foto

Saat24.Az xəbər verir ki,İyunun 8-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Ağdaş şəhərində həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
Həyata keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.