Millət Vəkili Jalə xanım Əliyevaya şəhid qardaşımızın 7 mərasimində iştirak edib.
Jalə xanım bu barədə öz rəsmi Facebook səhifəsində paylaşım edib.
Həmin paylaşımı olduğu kimi sizə təqdim edirik
Bu gün əslən Zərdabın Gödəkqobu kəndindən olan Taleh Saleh oğlu Əliyevin şəhadətə qovuşmasından yeddi gün keçir. Bu münasibətlə millət vəkili Jalə Əliyeva şəhidin ailəsini ziyarət edib, doğmalarına və yaxınlarına, kənd camaatına başsağlığı verib. Şəhidin ruhuna dualar oxunub. Yas mərasininə toplaşanlar hazırda antiterror tədbirləri həyata keçirən ordumuzun hər bir qəhrəman əsgər və zabitinə, Ali Baş Komandan İlham Əliyevə uğur və yeni qələbə xəbərləri arzu ediblər.