Məlikli kəndi susuzluqdan əziyyət çəkir

Azərbaycan Respublikası Prezidenti cənab,
 çox hörmətli İlham Əliyevə.
Zərdab rayonu Məlikli kənd sakinləri tərəfindən
 Ərizə
Çox hörmətli cənab Prezident! Bu ərizəmiz ilə yazıb sizə bildiririk ki,70 nəfərə yaxın adam acından 
ölür.Səbəbi odur ki, bizə Ulu Öndərimiz,Sabiq prezidentimiz çox hörmətli Heydər Əliyev tərəfindən 
verilən pay torpağımızı 5 aydan çoxdur ki,sulaya bilmirik.Taxıl və yonca əkmişik. Hələ də taxıl və
yonca əkinlərimizi suvara bilməmişik.Unun və çörək məlumatlarının baha olduğu bir dövrdə taxıl 
əkinmizi suvara bilməsək,biz necə olacayıq. Aramızda birinci qrup əlil,pensiyaçı və heç bir yerdə 
işləməyən insanlar var. Dəfələrlə Zərdab rayon Suvarma sistemləri İdarəsinin rəhbərliyinə müraciət etməyimizə baxmayaraq heç bir tədbir görmür.Bizim 
müraciətlərimizi saya salmırlar. Bu məmurlara dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, 
onlar yenə də öz əməllərilə məşğuldurlar.
Çox hörmətli Cənab Prezident! Odur ki, sizdən xahiş edirik ki, bizim pay torpağımızda əkdiyimiz taxıl 
və yonca əkinlərimizin suvarılmasında bizə yaxından köməklik göstərəsiniz.
 İmza: Hüseynov Rəhman
 Kərimov Elçin 
 Əşrəfzadə İlmar
 Hüseynov Əfsəl
 Və başqaları.
 Cəmi:70 nəfər
Zərdab rayonu Məlikli kəndi
 23 oktyabr 2022 ci il