Mərkəzi Aran Regional Təhsil İdarəsi 4-cü siniflərdə təşkil olunacaq monitorinqlə bağlı məktəb rəhbərləri ilə görüş keçirilib-Foto

Saat24.Az xəbər verir ki,İyunun 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən ölkə üzrə ümumi təhsil müəssisələrinin 4-cü siniflərində təşkil olunacaq monitorinqlə bağlı məktəb rəhbərləri ilə görüş keçirilib.
Görüşdə yerli rayon(şəhər) üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri yanaşı, həmin ərazilər üzrə yerləşən məcburi köçkün məktəblərinin də rəhbərləri iştirak edib.
Görüşdə çıxış edən idarə müdiri Elçin Kərimov təşkil olunacaq monitorinqin əhəmiyyətindən danışaraq imtahanın şagirdlərdə bilik və bacarıqların hansı səviyyədə formalaşmasında, o cümlədən ibtidai təhsil səviyyəsində tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm rol oynayacağını qeyd edib. Həmçinin imtahanın nəticəsinin şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən sinfə keçmələrinə təsir göstərmədiyini, eyni zamanda şagirdlərin hazırlıq vəziyyətinin öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacağını vurğulayıb.
Daha sonra monitorinqin keçirilməsi və təşkilinə dair suallar cavablandırılıb.