Peşəkar vəkil Adəm Məmmədovun bu gün doğum günüdür

Peşəkar vəkil Adəm Məmmədovun bu gün 42 yaşı tamam olur.

Adəm Məmmədov 23.03.1980-cı il Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur.
İxtisasca hüquqşünasdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Doqquz il ədliyyə orqanlarında çalışıb, ədliyyə kapitanıdır. Vəkillik fəaliyyəti dövründə 40- dan artıq bəraət qərarının qəbul olunmasına nail olub. Hüquqi maarifləndirmə işinə verdiyi töhfələrə və ölkənin vəkillik tarixində ən çox bəraət qərarının nail olunmasına görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Fəxri Fərmanla təltif olunub.

Təhsili:

-Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini,
-San-Marino Beynəlxalq Elmlər Akademiyasının Akademik mərkəzinin Azərbaycan filialının hüquq fakültəsini və
-Rusiya Dövlət Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsinin cinayət hüququ üzrə magistr pilləsini bitirmişdir.

İş fəaliyyəti:

2001-2002-ci illər – Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin SQ çevik bölüyündə hərbi xidmət keçmişdir.
2002-2012-ci illər – AR Ədliyyə Nazirliyində işləmişdir.
-AR Vəkillər Kollegiyasının üzvü qəbul edildiyindən  öz xahişi ilə ədliyyə orqanlarında tutduğu vəzifədən azad olunmuşdur.
Lider telekanalında yayımlanan “Hüquq və Ədalət” və “İnsan və Qanun” verlişinin layihə rəhbəri və aparıcısı olub.

 

İctimai fəaliyyəti:

“Sosial hüquqların araşdırılması” İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir. Vətəndaşların hüquqlarının təmin edilməsi və maarifləndirmə işləri istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyəsi ilə 7 (yeddi) layihənin hazırlanması və həyata keçirilməsində hüquqşünas-ekspert kimi fəaliyyət göstərmişdir.

 

Yaradıcılığı:

“Qətlin Sonu”adlı detektiv triller romanının müəllifidir.

Hal-hazırda ”Oğurlanmış adam” adlı yeni bir romanını ərsəyə gətirmək üzrədir.

 

Evlidir 2 övladı var