PRESS-RELİZ


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Master kodlama dərnəyi" adlı layihənin rəhbəri Xəlilov Aqil Zərdab şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimidir.
Layihənin keçirilməsində məqsəd şagirdlərin dünyanın ən böyük veb kodlama  saytı  www.w3schools.com ilə şagirdlərin veb kodlama sahəsində bacarıqlarının formalaşdırılmasıdır. Layihənin icra müddəti 4 aydır və Zərdab rayon məktəblərin əhatə edir.
29 Oktyabr 2022-ci il tarixdə Zərdab şəhər Heydər Əliyev Mərkəzinin iclas zalında layihənin ilk təqdimatı keçirilmişdir. Layihənin rəhbəri Xəlilov Aqil çıxış edərək şagirdlərə layihənin keçirilməsi məqsədi barədə geniş məlumat verilmişdir. Şagirdlərə proqramlaşdırmanın öyrənilməsinə marağın artırılması və gələcək üçün bu sahənin artan önəmi qeyd edilmişdir.
Şagirdlərə veb proqramlaşdırma haqqında məlumat verilmişdir. Layihə müddətində çap ediləcək buraşurlar bu sahənin  təbliğini özündə əks etdirəcəkdir. Təqdimat zamanı rayon məktəblərindən 80-ə yaxın şagird iştirak etmişdir. 
Şagirdlərə veb dizayn  proqramlaşdırma biliklərin indiki dövürdə və gələcəkdə bütün peşələrdə və ixtisaslarda  məlumatların əldə edilməsində və ya xidmətlərin təklif edilməsində ən böyük vasitə olması barədə məlumatlar verilmişdir. Veb texnalogiyanın öyrənilməsi ilə düşündüyünüz bütün layihələrə hər bir insanın istifadə edəcəyinin mümkün olduğu çatdırılmışdır. Şagirdlərə ölkəmizdə və dünyada veb proqramlaşdırmanın istifadəsi ilə görülən ən böyük xidmətlər barədə məlumatlar verilmişdir. Onların da bu yarışlarda iştirak edərək uğur qaznmalarını mümkün olduğunu, bunun üçün bu sahəni öyrənməyin vacibliyi onlara çatdırılmışdır.  Şagirdlər üçün maraqlı görünən Web Design layihələr haqqında və eyni zamanda,  “HTML” , “CSS” və  “PHP” kimi Veb proqramlaşdırma dillərində yaradılması mümkün olan veb səhifələr haqqında geniş məlumatlar verilmişdir. 
Layihənin təqdimatı  keçirildikdən sonra 9-11- ci sinif şagirdləri arasından  Veb proqramlaşdırmaya maraqlı olan istedadlı şagirdlərin təlim kurslarında iştirakı üçün araşdırma aparılacaqdır. Onların təlimlərə cəlb edilməsi təmin ediləcəkdir. Təlim kurslarında iştirak edəcək  şagirdlərin müəyyən edilməsi üçün informatika müəllimləri ilə əlaqələr yaradılaraq, təlim iştirakçıları olacaq şagirdlər müəyyən olunacaqdır.
 Təlim kursları 
Təlim kurslarına 9-11-ci sinif şagirdləri arasından seçilmiş iştirakçılar təlimlərdə iştirak edirlər. Təlim kursları 2 ay müddətində davam edəcəkdir. Təlim kurslarında ümumilikdə 20 şagird iştirakı edir. Təlimlərdə Veb proqramlaşdırma, veb layihələrin yaradılması haqqında dərslər keçiriləcək.  W3Schools Online Web Tutorials  beynəlxalq onlayn öyrənmə platformalarındakı  kurslarda iştirakının təmin  ediləcəkdir. Təlimlərdə Veb   proqramlaşdırma dilləri olan  HTML,CSS,PHP barədə geniş dərslər keçilirəcək.  Təlim zamanı “HTML”  və  “PHP” platformalarında proqramların yazılması və praktik tətbiqi öyrədiləcəkdir.  Şagirdlərə eyni zamanda Veb kodlamanın  üstünlüklərindən olan açıq görünümlü olan scriptləri barədə geniş məlumatlar veriləcəkdir. Bu üstünlük sayəsində Veb proqramlaşırma daha çox öyrənənlərin diqqətini cəlb edir. Bundan başqa şagirdlərin Veb proqramlaşdırmaya aid dərslərin internet vasitəsi ilə digər məlumatların əldə ediməsi  öyrədiləcəkdir. Şagirdlərə təlimlər zamanı domen hostinq kimi geniş xidmətləri olan cPanel, Linux əsaslı hosting serverlərində işləmə bacarıqları öyrədiləcəkdir. Onlara bu cPanel platformasının göstərdiyi xidmətlər barədə məlumtalar veriləcəkdir.

Təlimlər Zərdab şəhər 3 saylı tam orta məktəb informatika kabinetində keçiriləcəkdir. Layihənin təqdimatı zamanı şagirdlərə keçiriləcək təlim kurslarına qeydiyyatın başlanması barədə məlumat verilmişdir. Bundan başqa layihənin təlimlərində iştirakçıların seçilməsi üçün rayon məktəblərinə müraciətlər edilmişdir. Layihənin icrası ilə bağlı nəzərdə tutulmuş təlimlər 01.11.2022-ci il tarixindən başlamışdır və 2 ay müddətində davam edəcəkdir.