Qaz təchizatı ilə bağlı Şabran sakinlərinin etdiyi müraciətlərin məğzi bəlli oldu-FOTO

Qaz təchizatı ilə bağlı Şabran sakinlərinin etdiyi müraciətlərin məğzi bəlli oldu.

Qanunla.Az xəbər verir ki, Azərbaycanı diyarbədiyar gəzən “Səyyar qəbul otağı” növbəti dəfə Şabran sakinlərinin sərəncamına verilib. Müraciətin elə də çoxluq təşkil etmədiyi aksiyada cəmi 6 sakin mikrofon önünə çıxıb. Səsləndirilən istəklərin əksəriyyəti kəndlərin qazlaşdırılması ilə bağlı olub. Əliağa Ağayev, Nadir Məmmədov, Süleyman Şıxəliyev, Ziyəddin Həsənov və Pirverdi Həşimov müvafiq olaraq Ağbaş, Sarvan, Hacıqaraqoçlu, Düzbilici və Xəlfələr kəndlərinin qazlaşdırılmasını xahiş ediblər. Aksiya zamanı SOCAR “Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.