Regionlarda “Gənc İcma Təlimçiləri” proqramına  yekun vuruldu-Foto

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə regionlarda “Gənc İcma Təlimçiləri” proqramına yekun vurdu. Kənd rayonlarında gənclərin ictimai fəallığının artırılmasına, onların icma təlimçisi kimi formalaşdırılması ilə qeyri-formal təhsil metodlarına yiyələnmələrinə, öz icmalarında müvafiq sahələrdə təbliğat və maarifləndirmə işi aparmalarına dəstək vermək məqsədi ilə həyata keçirilən təlim proqramında Ağcabədi,Bərdə və Beyləqan rayonlarında umumilikdə 9 təlim proqramı həyata keçirildi.

Gənclər üçün Təhsil Mərkəzi İB-nin icraçı direktoru Fəxrəddin Həsənzadə açıqlamasında bildirmişdir ki , regionlarda müvafiq qurumlarla birgə həmin gənclərin təşkilatlanması və ya hər hansı dərnəklərin fəaliyyətinin təmin olunmasına baxımindan hazırlanan icma təlimçiləri mütəmadi olaraq regionlarda gənclərin qərarvermədə aktiv iştirakını təmin edəcəkdir.Beləki təlim keçmiş icma gəncləri ilə Mərkəz tərəfindən növbəti mərhələdə əlaqə saxlanılacaq, onlara gələcək fəaliyyətlərində yaxından dəstək veriləcəkdir. 
Qeyd edək ki , layihənin davamlılığını təmin etmək üçün Gənc icma təlimçilərinin onlayn platforması da yaradılacaq və digər regionlardan olan fəal gənclərlə əlaqələri daha da genişləndiriləcək.