17.02.2022-ci il tarixində Beyləqan rayonunun Əlinəzərli kən bir nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “ Məktəblilərin fiziki-psixoloji sağlamlığının qorunmasında valideynlərin iştirakı” layihəsi ,çərkivəsində maarifləndirici seminar keçirildi.
Tədbirdə layihə rəhbəri Xəlil Süleymanov, layihənin işçi qrupu,Beyləqan RHB-nın Əlinəzərli kənd İƏD-üzrə nümayəndəsi,R.Nəsirov adına Əlinəzərli kənd bir nömrəli tam orta məktəbin rəhbər, müəllim və valideynləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xəlil Süleymanov “ Məktəblilərin fiziki-psixoloji sağlamlığının qorunmasında valideynlərin iştirakı” layihəsinin fəaliyyət planı barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirdə layihənin işçi qrupunun üzvləri, məktəbin direktoru və valideynlər layihənin əhəmiyəti barədə çıxış etdilər.