ŞƏHİD ATASI DİN VƏ ZƏRDAB RAYON POLİS ŞÖBƏSİNİN RƏHBƏRLİYİNƏ MİNNƏTDARLIĞINI BİLDİRİB

Torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan İbrahim Cəbrayılının atası, Raqub Cəbrayılov DİN və Zərdab Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Saat24.Az xəbər verir ki,bu sözləri Jurnalist Coşqun Abdullayev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


Bir neçə gün bundan qabaq Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu şəhid İbrahimin atası Raqub qardaşımızla qısa söhbətimiz olmuşdu.
Raqub qardaş Zərdab rayon polis şöbəsinin rəisi Azər Əfəndiyevdən çox razılıq etdiyini bildirmişdi.
Deyirdi ki, hamı bir yana, Azər müəllim bir yana, bizim ailəmizə də çox yaxındır rəis. Vallah, sözlə ifadə etmək olmur, Coşqun qardaş.
Rəis bizim haqqımızda necə tapşırıq veribsə, özü rayonda olmayanda da Zərdab RPŞ rəisinin köməkçisi Emin Kərimov mənimlə əlaqə saxlayıb problemlərimlə maraqlanır.
Emin müəllim dəfələrlə bizim ailəni ziyarət edib və bu, təbii ki, Zərdab rayon polis şöbəsinin rəisi Azər Əfəndiyevin tapşırığının nəticəsidir.
Raqub qardaş onu da dedi ki, Azər müəllim mənə konkret olaraq qardaşlıq edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Allah Azərbaycan Respublikasının Daxili işlər Naziri Cənab Vilayət Eyvazovun köməyi olsun. Cənab Vilayət Eyvazovun fəaliyyətinin nəticəsidir ki, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların şəhidlərinə respublikada diqqət var.
Mən hamısından razıyam, Allah da onlardan razı olsun!
Şəhid İbrahim Cəbrayılının atası, Raqub Cəbrayılov.
İki bacının tək qardaşı olan İbrahim inişil sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.
İbrahim Cəbrayıllı ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.