Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda “Əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya mərkəzinin təşkili” layihəsini həyata keçirir-Foto

Regionlarda reabilitasiya mərkəzlərinin olmaması əlil uşağı olan az təminatlı ailələrin vəziyyətini daha da ağırlaşdırır. İmkansızlıqdan və məlumatsızlıqdan valideyinlər əlil uşaqlarına erkən yardım göstərə bilmirlər. Nəticədə uşaqlar inkişafdan geri qalır, öz həmyaşıdları ılə bərabər cəmiyyətə inteqrasiya ola bilmirlər. “Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda “ Əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya mərkəzinin təşkili” layihəsini həyata keçirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunmuşdur. Layihə çərçivəsində müxtəlif əlilliyi (autizm, əqli gerilik, uşaq serebral iflici, nitqin ləngiməsi, davranış pozuntusu və s.) olan 18 yaşa qədər uşaqlar müəyyən edilmiş, uşaq mütəxəssisləri tərəfindən ilkin ehtiyacları öyrənilmiş, (ünsiyyətə girmə, nitqin inkişafı, səslərin düzgün tələffüzü, fiziki məhdudiyyət, koordinasiya, əqli inkişafın ləngiməsi prosesi və s.) aidiyyatı üzrə onlara təlimlər təşkil edilmişdir. Təlimlər zamanı yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda təlim qaydaları hazırlanmışdır. Təlimlərə valideyinlər də cəlb olunmuşdur. Onlarla öz uşaqları ilə ünsiyyət qurmaq, onları müdafiə etmək, erkən yardım göstərmək bacarıqlarının artırılması üçün maarifləndirmə işi aparılır. Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları, vəsait seçimi barədə məlumatlar verilmişdir. Təlimlər aidiyyatı üzrə təhsil almış və xüsusi təlimlər keçmiş təcrübəli mütəxəssislər tərəfindən uşaqlara inkişafetdirici vəsaitlərlə QHT-nin ofisində keçirilir. Uşaqların sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığının təmin olunması və uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr yaradılması ilə əlaqədar tədbirlər görülmüşdür. Uşaqlara təlimlərin keçirilməsi, sosial – psixoloji dəstək göstərilməsi onların sağlamlığına müsbət təsir göstərir. Sensor bacarıqların inkişafı; Ünsiyyət bacarıqları; Göz kontaktının qurulması; Əl- barmaq hərəkətlərinin aktivləşdirilməsi; Yazı və oxu texnikasına hazırlıq; Nitq inkişafı; Nəfəs məşqləri; Fiziki inkişaf; Sosial və özünəxidmət bacarıqları və s.

Layihə rəhbəri: Niftəliyeva Qərənfil