Ucar rayonunda Gələcəyini Doğru Seç təşəbbüsünün icrasına başlanıbFoto

Resource HUB-ın “İcmaların İnkişafı” proqramı çərçivəsində həyata keçirilən “Gələcəyini Doğru Seç” təşəbbüsünün ilk təlimi uğurla yekunlaşıb. Görüş zamanı məktəblilərə peşə seçimi zamanı diqqət edilməli məqamlar, gələcəyin peşələri, Hovard Qardner nəzəriyyəsi barədə məlumat verilib və peşə maraqlarını müəyyənləşdirmək məqsədilə testləşmə aparılıb.

Təlim  “Gələcək” İntellektual İkişafa Yardım İctimai Birliyi və 27 saylı Ağdam tam orta məktəbinin tərəfdaşlığı ilə “Woman Academy” İcmasının təşkilatçılığı ilə həyata keçirilib.