Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə kütləvi tədbirlərin, proqramların, idman yarışlarının keçirilir.
Saat24.Az xəbər verir ki, bu məqsədlə Ucar rayon Heydər Əliyev mərkəzində Poultry Company-nin dəstəyi , "Gələcək" intellektual inkişafa yardım ictimai birliyi ( Gənclik Akademiyası İctimai Birliyi ) , Ucar Gənclər Evi SXM -nin, Ucar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı Ucar rayon Heydər Əliyev mərkəzində "Heydər Əliyev və Müasir Azərbaycan Gəncliyi mövzusunda konfrans keçirilib. Konfransın sonunda Poultry Company-nin təşkilatçılığı ilə Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı, Ucar Gənclər evi , Ucar rayon gənclər və idman idarəsinin tərəfdaşlığı ilə Futbol və şahmat üzrə rayon çempionatlarının və intellektual oyunların keçiriləcəyi elan edilib.