Vaqif Əsədov təqaüdə göndərildi - RƏSMİ

Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.

Saat24.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Hələlik onun yerinə təyinat yoxdur.