Vəkil Adəm Məmmədov növbəti uğurunu izləyiciləri ilə paylaşdı

“Kasıb və fağır bir şəxsi istintaqın caynağından qopararaq ona məhkəmədə bəraət verilməsinə nail olduq.
Hüquqlarını müdafiə etdiyim şəxs Elman Əliyev AR CM-nin 188.3-cü (torpaq üzərində mülkiyyət, istifadə, icarə hüququnu pozma-2 ildən 5 ilədək azadlıqdan məhrum etmə) maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham olunurdu.

Əslində özü də dələduzluğa məruz qalan bir şəxs istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyev tərəfindən verdiyim vəsatətlər əsasında bir çox sübut toplanmış və hüquqlarını müdafiə etdiyim şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Məhz buna görə də, barəsində bəraət hökmü çıxarılmışdır”, – deyə vəkil Adəm Məmmədov bildirib.