Saat24.Az xəbər verir ki,Rayonun ən böyük yaşayış məntəqələrinən olan Gəlmə kəndini rayon mərkəzi ilə birləşdirən körpünün təmiri ilə bağlı kənd sakinlərinin müraciəti təmin olunub. Qeyd edək ki, uzun müddətdir, istismara verilən körpü yararsız hala düşərək sakinlərin istifadəsi üçün təhlükə yaradırdı. Odur ki, kənd ağsaqqallarının müraciəti əsasında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə məsələni öz diqqət mərkəzinə götürmüş və operativ həlli üçün tapşırıq vermişdir. Başçının göstərişi ilə artıq körpüdə təmir və bərpa işləri aparılmağa başlayıb. Bu da kənd camaatının sevincinə səbəb olub və onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadəyə minnətdarlığını bildirirlər.
Coşqun Abdullayev