Zərdablılar xalqımızın ən əziz bayramı olan Novruzu qalib ölkənin qalib vətəndaşı kimi böyük sevinc və fərəhlə qeyd ediblər.
Saat24.Az xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilib. Dədə Qorqud, eləcə də yazın gəlişini simvolizə edən Bahar qızı bayram münasibətilə rayon sakinlərini təbrik edərək, yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi rəng qatıblar.
Zərdab rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev,Pərvin Mahmudova,Xəyalə Veyisova, şəhid ailələri,qazilər,idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Konsert proqramının sonunda Ulu Öndər Heydər Əliyevin adını daşıyan park da Novruz bayramı tonqalı yandırılıb.
(Coşqun Abdullayev)