28 may ikiqat bayramdır

28 may ikiqat bayramdır.

Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Məlum olduğu kimi, 2021-ci ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu tətbiq edilməyə başlayıb. Əlbəttə ki, bu, həmin ərazilərdə aparılan böyük quruculuq işlərinin effektivliyinin artmasına mühüm töhfələr verir. Martın 28-də dövlətimizin başçısı Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul etmişdir. Qəbul zamanı etdiyi çıxışında cənab Prezident Laçın rayonunda aparılan irimiqyaslı quruculuq işlərinə dair geniş məlumat vermiş, qarşıda duran vəzifələr barədə detallı açıqlamalar təqdim etmişdir. Qeyd olunmuşdur ki, “Azərbaycan dövləti Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra öz doğma torpaqlarında rahat yaşamalarını tam təmin edəcək.”
Həmçinin ermənilərin işğal dövründə Laçın rayonunda törətdikləri vəhşilikləк, həmin illər ərzində rayonun bütün infrastrukturunun məhv edərək, otuz ilə yaxın müddət ərzində erməni qəsbkarları Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilib, tarixi-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. 1992-ci ildə, may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonu da bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlarımızdan biridir. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular. İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Həmçinin Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Dünya ictimaiyyəti isə bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır.

Laçın rayonunun məhz hərbi-siyasi yolla işğaldan azad edilməsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğuru olduğunu: “2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri azad olundu. 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı. Bu əraziləri artıq qan tökmədən geri almaqla Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvilərdə Ermənistanı darmadağın etmiş oldu. Dövlət başçımızın dediyi kimi, 2-ci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdi. Güləbird və digər bir neçə kəndin, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Laçın rayonunun böyük hissəsi artıq siyasi yollarla azad edildi və bu, Azərbaycanın böyük tarixi Zəfəridir. Hal-hazırda isə Azərbaycan həm Laçın rayonunun təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması üçün qarşıya qoyulmuş əsas vəzifələrin icrası ilə məşğuldur. Bu məqsədlə Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, indi həmin ərazilərdə əvvəllər heç vaxt mövcud olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar çəkilib. Bu gün Azərbaycan Ermənistanla sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Ölkəmiz bu istiqamətdə öz mövqelərini gücləndirir və bu mövqelərdə də qalacaq. Həmçinin hazırda Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Qeyd edək ki, Laçında Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu xeyli artıracaqdır.”

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub.

Mayın 27-28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə 44 günlük Vətən müharibəsi zamanı azad edilən ərazilərə səfər edib. Bu dəfə ölkə başçısı Kəlbəcər və Laçın rayonlarında olub, bir sıra açılışlarda iştirak edib və görülən işlərin vəziyyəti ilə tanış olub. Belə ki, təkcə Laçın rayonunda olarkən Prezident cənab İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının açılışında, rayonun Qorçu və Şəlvə kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində  iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkındakı işlər və Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub. Ertəsi gün Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində  istiqamət bildirən lövhələrin və “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib, Prezidentə Laçın şəhərinin Baş planı təqdim olunub.

Həmin gün Prezident cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bir sıra məqamlara toxunub. O, bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.

Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir. Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək.

Prezident cənab İlham Əliyev vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Bir sözlə Azərbaycan öz əzəli torpaqlarının sahibi olduğunu hamıya bəyan etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

Laçında bütün lazımi şərait yaradılır.

May ayının 27 və 28-də Prezident cənab İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir. Həmin gün ilk 20 ailə Laçında yerləşdirildi və cənab prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. Görüş zamanı bildirildi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İyun ayının sonuna qədər bura əlavə bir çox ailələr qayıdacaq. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.
Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu. Laçında İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar.
Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Bu gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması müstəqil respublikamızın gücünün bir daha göstəricisidir. Cənab prezidentimizin də qeyd etdiyi kimi, “Bu gün nə müstəqillikdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq”.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu.

Vətən müharibəsində Böyük Qələbəmizdən yazarkən qeyd edilməsi vacib olan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam edilməsidir. Prezident cənab İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Həmçinin qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib.

Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır. Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə, ən yüksək təriflərə layiqdir. Əminəm ki, yüz illər ötsə belə yenə də bu üç əsas faktor haqqında həmişə ən xoş sözləri yazanlar, deyənlər daim tapılacaq.

Ən əsası isə xalqımızın qürur, fərəh, fəxr mənbəyi olan şanlı Qələbəmizdən danışarkən Vətən müharibəsində şəhid olan, yaralanan və bu döyüşlərdə mətinliklə iştirak edərək sağ-salamat ailələrinə dönən hərbçilərin əzmkarlığını, cəsarətini və şəxsi rəşadətini də xüsusi olaraq qeyd etmək lazımdır ki, bizlərə, eləcə də gələcək nəsillərə bəxş edilən bu Şanlı Qələbənin, Zəfər Gününün, qürurverici yeni tarixin, qürur mənbəyinin, şan-şöhrətin qədir-qiyməti, dəyəri və əhəmiyyəti heç vaxt unudulmasın.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Strateji əhəmiyyət daşıyan nailiyyət.

Bəşəriyyət tarixboyu adı qələbə ilə simvollaşan müxtəlif xalqların zəfər salnaməsinin yaranmasına şahidlik edib. Xüsusilə də, vətənin bütövlüyünü, dövlətin siyasi ləyaqətini qorumaq üçün milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq və tarixə yazılmaq şərəfinə nail olublar. Güclü lideri, sarsılmaz milli birliyi olan və qüdrətli dövlətə malik xalqların haqq mübarizəsini qalibiyyətə çevirməsi çoxəsrlik dünya tarixinin siyasi səhifələrini bəzəyib.

Fərəh və məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, öz adını bəşəriyyətin tarixi yaddaşına mütərəqqi, sivil dəyərləri mənimsəmiş humanist, şərəfli və ləyaqətli xalq kimi yazdırmış Azərbaycan xalqı da Zəfər salnaməsi yaradaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirib. 2020-ci ildə xalq–lider birliyinin və milli həmrəyliyin sayəsində mürəkkəb beynəlxalq münasibətlər şəraitində ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan dövləti xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbə dastanını yazıb.

Xüsusi vurğulamaq gərəkdir ki, 44 günlük müharibənin qalibi olan güclü Azərbaycan postkonflikt mərhələsində strateji addımları ilə öz qələbəsini möhkəmləndirir, qətiyyətli mövqeyi ilə qalib xalq və dövlət imicini gücləndirir. Xüsusilə də, Qələbənin memarı – müəllifi olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri müstəsna əhəmiyyətli tarixi-siyasi hadisədir. Bu, heç şübhəsiz, qalib dövlətin liderinin təntənəli və möhtəşəm Zəfər yürüşüdür.

Dövlət başçısının Kəlbəcər və Laçına səfəri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması vəzifəsinin strateji prioritetlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi. Xüsusi qeyd etmək gərəkdir ki, azad edilmiş ərazilərdə quruculuq işlərini əsasən Azərbaycan şirkətləri aparır. Ölkəmizlə bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.

Laçın rayonunun Qorçu kəndinin ərazisində hava limanının inşası istiqamətində atılan addımlar da mühüm strateji əhəmiyyətə malikdir. Birincisi, hava limanının tikilməsi regionun sosial-iqtisadi inkişafının təmin olunması, turizm potensialının artırılması baxımından olduqca əhəmiyyətlidir. İkincisi, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın Hava Limanının fəaliyyəti logistik mərkəzlərin yaradılmasına mühüm töhfə verəcək. Bütün növ təyyarələrin, o cümlədən ən ağır yük təyyarələrinin də bu hava limanlarına enə bilməsi mühüm üstünlüklər yaradacaq. Xüsusilə də, bu amil azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası bu torpaqlara Böyük Qayıdışın təmin olunması üçün yeni imkanlar açacaq. Bütövlükdə isə Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması baxımından çox önəmlidir. Nəticə etibarilə, bütün bunlar Azərbaycan dövlətinin gücünün daha da artmasına, ölkəmizin yeni strateji avantajlar və nailiyyətlər əldə etməsinə xidmət edir.

May ayının 27 və 28-də Prezident cənab İlham Əliyevin Laçın şəhərində səfəri zamanı bildirdi ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Güclü ordu qurmuşuq.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərlərlə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.
Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Dünya Azərbaycan Ordusunun gücünü 2016-cı ilin aprel ayında gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı.

Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı.

2020-ci il sentyabr ayının 27-də şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Diqqətəlayiq haldır ki, 2-ci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da məhz dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm siyasətin təzahürüdür.

Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Laçın şəhərinin Baş planı hazırlanıb.

Laçın şəhərinin baş planı may ayının 28 -də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunub.

Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülmüşdür. Təqdimat zamanı növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilmiş, bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, işğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacağı planlaşdırılıb.Baş planın təqdimatında da qeyd edildiyi kimi, ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub.

 Laçın rayonu düşmən tapdağından dekabrın 1 – də qurtulmuşdur.

30 ilə yaxın erməni faşist işğalçıların tapdağı altında qalan Laçın rayonunun Azərbaycan üçün necə dəyərli olmasını ölkəmizin o füsunkar guşəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsi olması, Laçının dəniz səviyyəsindən 700-3600 metr yüksəklikdə yerləşməsi faktı çox aydın göstərir.

3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqlarına, civə, vermikulit, əlvan və üzlük daşları, sement və tikinti daşı yataqları ilə zəngin olan bu rayonun 18 may 1992-ci ildə işğal olunması ilə faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yarandı, 79.1 min nəfər əhali etnik təmizləməyə məruz qaldı, doğma torpağından qovuldu, 300-dən çox insan həlak oldu və itkin düşdü, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı, Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi.

Erməni faşistləri Laçındakı coğrafi adları dəyişdirdilər, təbii resursları talan etdilər, əsasən Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə burada məskunlaşdırmaqla demoqrafik tərkibi dəyişdirməyə çalışdılar.

Nəhayət, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz sayəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Dövlət başçımızın nitqində səsləndirilən nüanslardan biri Laçın rayonunun ölkəmizin ən böyük rayonlarından biri olduğu və geniş potensiala malik olması ilə əlaqədar idi.  Hal – hazırda isə ermənilərin məhv etməyə çalışdığı bu gözəl məkan – Laçın yenidən qurma işləri nəticəsində əvvəlki gözəlliyinə geri qaytaracağıq. Heç bir şübhə yoxdur ki, Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rola sahib olacaqdır.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

Güclü ordu qurmuşuq.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Regiondakı gücünə görə ordumuz Cənubi Qafqazda ən güclü ordudur.

Bu gün ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Artıq Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. Dövlət sərhədində silahlı qüvvələrimizin yüksək peşəkarlıqla Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını alması bir daha ordumuzun gücündən xəbər verir. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi.

Azərbaycanda hərbi məktəblərın uğurlu fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu, sözügedən sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarilə, kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan verir. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar keçirlər. Hərbçilərimiz istər ABŞ-da, istər Türkiyədə, istərsə də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər.

Bütövlükdə, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.

Uzun illər ən ağrılı yerimiz, problemimiz olan Qarabağ münaqişəsi ordumuzun düşmən üzərində çaldığı şanlı qələbə ilə başa çatdı. Müzəffər ordumuz hər qarış torpağımız uğrunda mübarizə apardı. Vətən müharibəsində qazanılan qələbə ordumuzun gücü, şəhidlərimizin qanı, xalqımızın prezidentimizin və ordumuzun ətrafında yumruq kimi sıx birləşməsi sayəsində mümkün oldu.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

28 may ikiqat bayramdır.

Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb.

Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünləri daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident cənab İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib.

Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istqiamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil.

Xalqımızın çoxəsrlik tarixi qəhrəmanlıq nümunələri ilə zəngindir. Vətənin igid oğulları heç bir zaman işğal faktı ilə barışmamış, işğalçılara boyun əyməmiş, torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim mübarizəsi aparmışlar. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu.

Biz müharibə istəmirdik, işğal altında olan torpaqlarımızı danışıqlar yolu ilə azad etməyə çalışırdıq. Prezident İlham Əliyev bu məqsədlə diplomatik kanalların bütün imkanlarından istifadə edirdi. İşğal altında olan Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini dönə-dönə xatırladır, himayədar dövlətləri Ermənistanın başına ağıl qoymağa çağırırdı. Həm də xüsusi vurğulayırdı ki, əgər danışıqlar fayda verməsə, biz işğal altında olan torpaqlarımızı başqa vasitələrlə azad edəcəyik. 44 günlük müharibə bu deyilənlərin sadəcə söz olmadığnı aydın şəkildə sübut etdi. Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun, digər beynəlxalq qurumların yerinə yetirməli olduğu, lakin diqqətdən kənarda saxladığı bu çox mühüm vəzifəni həll etmək məcburiyyətində qaldı.

Yeri gəlmişkən, düşmənə qarşı nifrət hissi, birinci Qarabağ müharibəsindəki itkilərimizin qisasını almaq istəyi də Vətən müharibəsindəki qələbəmizi şərtləndirən amillər sırasındadır. Məhz bu amilin, eləcə də güclü vətənpərvərlik hissinin sayəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamlar darmadağın edildi, məğlubedilməz erməni ordusu haqqındakı mif puça çıxarıldı. Çətin keçilən dağlıq ərazilərdə və əlverişsiz hava şəraitində döyüşən əsgərlərimiz misilsiz əzm və qəhrəmanlıq nümayiş etdirərək daim irəli getdi, bir dəfə də olsun geriyə çəkilmə halına yol vermədi. Prezident cənab İlham Əliyev hərb tarixində nadir hadisələrdən olan bu faktın əhəmiyyətini xüsusi vurğulayıb. O, Cəbrayıl və Zəngilana 2021-ci il aprelin 26-dakı səfəri zamanı deyib: “44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi”.

Möhtəşəm qələbə ilə başa çatan Vətən müharibəsi ölkə başçısı, xalq və ordu birliyinə ən yaxşı nümunədir. Müharibənin gedişi ilə bağlı Prezident cənab İlham Əliyevin atdığı hər bir addım, verdiyi hər bir qərar xalq tərəfindən bəyənilir və dəstəklənirdi, ölkə vətəndaşları daim onun yanında olduqlarını bəyan edirdilər. Analar şəhid oğulları ilə fəxr etdiklərini bildirir, “Vətən sağ olsun!” deyimi onların dilindən düşmürdü. Ordumuzun güclü maddi təminatına və heç nəyə ehtiyacı olmamasına baxmayaraq, əhali əsgərlərimizə ərzaq məhsulları və geyim daşıyırdı.

44 günlük müharibənin bir özəlliyi də ondadır ki, bu müddət ərzində müharibədən yayınma hallarına təsadüf edilmədi. Əksinə, əli silah tutan hər kəs bu savaşda iştirak etmək istəyirdi. Bizim haqq savaşımız özünün aparılması üsullarına, strategiya və taktikasına görə hərb tarixində yenilik sayılır. Dünyanın bir sıra ölkələrinin hərbi məktəblərində bu müharibənin xüsusiyyətləri, özəllikləri öyrənilir və müdavimlərə tədris edilir.

Prezident cənab İlham Əliyev Vətən müharibəsinin yalnız ölkəmiz üçün deyil, həm də dünya üçün böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd edərək vurğulayırdı: “İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu.

Milli Ordu quruculuğu Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayır. Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasətin davam etdirilməsinə şərait yaratdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Bütün bu addımların nəticəsidir ki, 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz düşməni darmadağın etməklə 30 illik işğala son qoydu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımı­zın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində müasir inkişaf səviyyəsinə gəlib çatdı. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Ordusu bu gün NATO standartları səviyyəsində formalaşmışdır. Bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bu gün Rəşadətli Azərbaycan Or­dusunun dünyanın güclü orduları sırasında olduğunu təsdiqləyirlər.

44 günlük Vətən müharibəsində aparılan döyüş əməliyyatları, bu əməliyyatların ən möhtəşəmi sayılan Şuşa zəfərində inam amilinin önə çıxdığını söyləmək olar. Bu Zəfər Liderin, Ali Baş komandanın xalqına, bu xalqın vətənpərvər övladlarına, Orduya inamı, etibarı nəticəsində mümkün oldu. Bu Zəfər xalqın, millətin öz Liderinə, Ali Baş Komandanına, Sərkərdəsinə inamı nəticəsində əldə edildi.

Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov