Saat24.Az xəbər verir ki,tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, II Qarabağ müharibəsi qaziləri, kənd klub müəssisələri və kənd ictimaiyyəti iştirak edib. Tədbirə başlamazdan əvvəl əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Azərbaycanın Dövlət Himni səslənib və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəmsabad kənd diyarşünaslıq evinin direktoru İradə Qayıbova çıxış edərək qonaqları salamlayıb. Rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Turanə Şıxalıyeva çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirin gedişatında Şuşaya, Qarabağa həsr olunmuş şeir, musiqi və rəqs nömrələri təqdim olunub.