Ağdaş Regional Mədəniyyət İdarəsi 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirib-Foto

Saat24.Az xəbər verir ki,Ağdaş Regional Mədəniyyət İdarəsi və Ağdaş rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə, 3 saylı şəhər klubu, Aşağı Ləki, Pirəyir və Qaradağlı kənd klub müəssisələrinin birgə təşkilatçılığı ilə 3 saylı şəhər klubunda 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə eyni zamanda Ağdaş rayon Mədəniyyət Mərkəzinin Rəssamlıq dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sonra Vətən müharibəsi qazilərinin və iştirakçılarının hərbi yürüşü keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tərdbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıcış edərək qonaqları salamlayıb və Vətən müharibəsi qazilərini və iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Mərkəzin direktor əvəzi Turanə Şıxalıyeva öz növbəsində çıxış edərək gələn qonaqları salamlayıb və tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Tədbirdə Ağdaş rayon Mədəniyyət Mərkəzinin "Gənclik" ansamblının ifasında Vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, kənd klub müəssisələrinin dərnək üzvlərinin çıxışında rəqs, şeir və musiqi nömrələri və Ağdaş rayon Gənclərin İnkişaf və Karyera mərkəzinin könüllülərinin ifasında rəqs təqdim olunub.
Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı, Şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.