Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 18 may 2022 ci ildə Litva Respublikasının Prezidenti Gitanas Nanseda ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti çıxışında bir çox məqamlara toxunub. Litva Azərbaycanın uzun illərdir ki,strateji tərəfdaşıdır. Müzakirələrdə Azərbaycan - Ermənistan arasındakı münasibətlərdən, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə başlatdığımız geniş quruculuq işlərindən bəhs edilmişdir.
Çıxış zamanı ikitərəfli əməkdaşlığın mühüm məsələləri müzakirə edildi, Avropa Ittifaqı Azərbaycan əməkdaşlığı ilə bağlı geniş müzakirələr, iqtisadi sektorda ümidverici sahələr haqqında danışıq lar aparıldı.İkitərəfli əlaqələrin inkişafı məsələsi ümidvericidir. Burada informasiya texnologiyalarından tutmuş, kənd təsərrüfatı, enerji mənbələri, nəqliyyat və bir çox sahələr haqqında fikir mübadiləsi aparılmışdır. Azərbaycan-Litva münasibətlərinin çox yaxşı siyasi təməli olduğu vurğulanmışdır. Litva Prezidentinin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayır. Avropa Ittifaqı ilə sıx əlaqələrdə Litva dövlətinin bizi dəstəkləməsindən söhbət açılmışdır. Bu səfər zamanı Ermənistan la münasibət məsələləri də müzakirə edilmişdir. Azərbaycan dəfələrlə sülh sazişi imzalamaq istədiyini dilə gətirmişdir. Biz münasibətlərin normallaşması üçün hər şeyi edirik.
Litva Prezidenti də öz çıxışında bildirdi ki, regionda təhlükəsizliklə bağlı vəziyyət, bir çox sahələrdə əməkdaşlıqla əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışacayıq.
Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasını, iqtisadi əməkdaşlığın inkişafını istəyir. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda qarşılıqlı fəaliyyət formasının ilkin olaraq başlanmasına həvəs göstərmir. Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin nümayiş etdirilməsində maraqlıdır.Bunun üçün əlindən gələni edir.Ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh müqaviləsinin bağlanmasını və sərhədlərin müəyyənləşdirilməsini istəsə də, bu məsələ Ermənistan tərəfindən müsbət qarşılanmamışdır.Biz mövqeyimizi, beş prinsipi dəqiqləşdirdik. Emənistanı da dəfələrlə sülhə dəvət etdik. Ərazilərimiz 30 il ərzində Ermənistan işğalı altında qalmış və sərhədlərimizi pozmuşdur. Aprelin 6-da Brüsseldə görüş zamanı razılıq əldə olunmuş və işçi qrupu yaradılmışdı. Azərbaycan işçi qrupu yaratsa da, aprelin 29-u Ermənistan tərəfi bunu ləğv etmişdi. 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizi də Ermənistanın imtina etməsi məsuliyyətsiz mövqe tutduğunu göstərir və narahatlıq doğurur.
Hal -hazırda Azərbaycan əraziləri yenidən qurulur.Işğal nəticəsində hər şey dağılmış ,yerlə_yeksan olmuşdur.
Avropa Ittifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan donor ölkəsinə çevrilmiş,şərq qərb və şimal cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir.Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilmişdir. Azərbaycan Avropa Ittifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.
Rəşad Rəhmanov- Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin direktoru