"Forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutacaq.”
Bu barədə QHT.az saytına ASGA sədri Səbuhi Abbasov məlumat verib: "Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edəcək. Forumda dövlətlərimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr, eyni zamanda, müxtəlif sahələrdə əlaqələrimiz müzakirə olunacaq. Layihənin əsas məqsədi QHT rəhbərlərini, Gənclər Təşkilatı rəhbərlərini, Media təmsilçiləri və 30-dan çox digər qonaqları bir araya gətirmək, mövcud əlaqələri dəyərləndirilmək, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Tədbirdə əsas 25 iştirakçı nəzərdə tutulub, lakin 100-ə yaxın şəxsin iştirakı planlaşdırılıb. Bu Forum Azərbaycan tarixində ilk dəfədir keçirilir. Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur”
Qeyd edək ki, Forum Azərbaycan RespublikasınınGənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir