Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar

Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar.

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Son vaxtlar qarşılıqlı diplomatik səfərlərin reallaşması buna nümunədir.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək.

Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.

Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir.

Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Qarşılılıqlı turist axınının səviyyəsi artırılacaqdır. Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir.

Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb.

İsrail yeganə ölkələrdəndir ki,  yüksək texnologiyalarla əldə etdiyi silahları Azərbaycana verir.  Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması  və qorunması üçün önəmlidir.

Azərbaycanda yaşayan yəhudilərə hər zaman yüksək diqqət və qayğı olub. Buradan İsrailə qayıdan və orada müxtəlif işlərdə çalışan yəhudilər hər zaman söyləyir. Vətən müharibəsində bizə çox dəstək oldular.  İsrail Azərbaycanın haqq işini birmənalı dəstəklədi. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar.  Buranı müqəddəs vətən hesab ediblər.

İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar.

Hər iki ölkənin əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tarixi var.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

Etibarlı əməkdaşlıq əlaqələri.

İsraillə Azərbaycanın əməkdaşlığı bütün sahələrdə dərinləşir. Cari ildə Azərbaycanın İsraildə səfirliyinin açılması çox əlamətdar hadisə idi. İsrail dünyada elm və texnologiyanın inkişafına görə özünəməxsus ölkədir. Dünya dövlətləri arasında güclü lobbisi var. Bu lobbi Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında önəmli rol oynayıb. Azərbaycan diaspor fəaliyyəti də çox yüksək səviyyədədir.  İsrail yeganə ölkədir ki, orada diaspor işini İsrail elə özü aparır. İsrail tibbi baxımdan çox inkişaf edib. Eyni zamanda İsrail Azərbaycan neftini alır. İsraillə münasibətlər arasında Azərbaycan ilk 5-likdədir. Bu da çox önəmli hadisədir. Münasibətlərin dərinləşməsi hər iki ölkə üçün  önəmlidir. Hər iki dövlətin bir-birinə ehtiyacı var.  Azərbaycanla İsrail arasında müsbət münasibətlərin əsasını  Ulu Öndər Heydər Əliyev qoyub.  İsrailin lobbisinin Azərbaycanın haqq işinə dəstək verməsi təqdirəlayiq addımdır. Azərbaycanın yəhudi icmasına  münasibəti birmənalı olub.  İsrailin enerji təchizatı ilə təmin edilməsi İsrail üçün çox önəmlidir.  İsrailin az sayda müsəlman ölkələri ilə xoş münasibətləri var.  Demək olar ki, elə birincisi Azərbaycandır.

İsraillə Türkiyənin münasibətlərinin yaxşılaşmasında Azərbaycan dövlətinin və prezidenti cənab  İlham Əliyevin müstəsna xidmətləri var.  İsraillə Azərbaycanın münasibətlərinin yüksələn xəttlə inkişafı həm İsrail, həm Azərbaycan, həm də region ölkələri üçün önəmli və əhəmiyyətlidir. . Sülh, təhlükəsizliyə əmin amanlıq üçün də önəmli hadisədir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb.

Müstəqilliyin əldə olunmasından sonra Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə ən yüksək səviyyədədir. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və tolerantlıq ilə bir-birinə bağlıdırlar.

İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan vermişdir. 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulanmış və İsrail-Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınmışdır. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirərək demişdir: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır”.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr – iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır.

Cari ilin may ayının 30-da İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bu əlaqələrin davamlığına söykənir. İki ölkə rəhbərinin birgə bəyanatı zamanı çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səfərinin ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcəyini vurğulayaraq bildirmişdir: “İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə.

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəkdir.

Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır.

Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.

Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə etməyə kömək edəcəkdir.

Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.

Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

   

Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar.

“İsrail  prezidentinin Azərbaycana səfəri çox önəmli hadisədir. İsrail-Azərbaycan münasibətləri uzun müddətdir ki, yüksək səviyyədədir. Diplomatik, iqtisadi, humanitar xüsusilə hərbi müdafiə  sənayesində əlaqələrimiz yüksəkdir”.

İsrail yeganə ölkələrdəndir ki,  yüksək texnologiyalarla əldə etdiyi silahları Azərbaycana verir.  Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və qorunması üçün önəmlidir.Azərbaycanda yaşayan yəhudilərə hər zaman yüksək diqqət və qayğı olub. Buradan İsrailə qayıdan və orada müxtəlif işlərdə çalışan yəhudilər hər zaman söyləyir. 2-ci Qarabağ müharibəsində Azərbaycana çox dəstək oldular.  İsrail Azərbaycanın haqq işini birmənalı dəstəklədi. Eyni zamanda, l və II Qarabağ  müharibəsində yəhudi vətəndaşlar Azərbaycanla çiyin-çiyinə vuruşublar. Buranı müqəddəs vətən hesab ediblər. Albert Aqarunov Azərbaycanın ən yüksək fəxri adı olan Azərbaycanın Milli Qəhrəmanı adını almışdır.

İsraillə Azərbaycanın əməkdaşlığı bütün sahələrdə dərinləşir. Cari ildə Azərbaycanın İsraildə səfirliyinin açılması çox əlamətdar hadisə idi. İsrail dünyada elm və texnologiyanın inkişafına görə özünəməxsus ölkədir. Dünya dövlətləri arasında güclü lobbisi var. Bu lobbi Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında önəmli rol oynayıb. Azərbaycan diaspor fəaliyyəti də çox yüksək səviyyədədir.  İsrail yeganə ölkədir ki, orada diaspor işini İsrail elə özü aparır. İsrail tibbi baxımdan çox inkişaf edib. Azərbaycanla İsrail arasında müsbət münasibətlərin əsasını  Ulu Öndər Heydər Əliyev qoyub.  İsrailin lobbisinin Azərbaycanın haqq işinə dəstək verməsi təqdirəlayiq addımdır. Azərbaycanın yəhudi icmasına  münasibəti birmənalı olub. İsraillə Azərbaycanın münasibətlərinin yüksələn xəttlə inkişafı həm İsrail, həm Azərbaycan, həm də region ölkələri üçün önəmli və əhəmiyyətlidir.  Sülh, təhlükəsizliyə əmin amanlıq üçün də önəmli hadisədir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri İsrail-Azərbaycan münasibətlərində yeni mərhələdir. Düzdür, İsxak Hersoq Bakıya səfər edən ilk yəhudi prezident deyil, lakin münasibətlərin mövcud səviyyəsi və hazırkı geosiyasi situasiya bu səfərin önəmini əlahiddə şəkildə artırır.

Mətbuat üçün birgə bəyanatda Prezident cənab İlham Əliyevin də ifadə etdiyi kimi, “Azərbaycanla-İsrail arasında çox fəal siyasi dialoq var və bu səfər də ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir”. Azərbaycanla İsrail arasında siyasi tərəfdaşlığın xarakterik xüsusiyyəti onda ehtiva olunur ki, bu müttəfiqlik yalnız qarşılıqlı hörmət və ehtiram ifadə edən statik mövqedən ibarət deyil. Bu tərəfdaşlıq konkret istiqamətlərdə ciddi geosiyasi nəticələrə yol açan dövriyyə ilə müşahidə olunur. Məsələn, Azərbaycanın da, İsrailin də məmnun qaldığı müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq bütövlükdə regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır. Hətta, Prezident cənab İlham Əliyev açıq formada bəyan etdi ki, “Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”.

Vətən müharibəsinə qədər 30 il işğal və təcavüzə məruz qalan dövlət kimi, təbii ki, bu tərəfdaşlıq bizim üçün çox qiymətlidir və İsrail Dövlətinə isti münasibət və qardaşlıq duyğularının kökündə dayanan elementlərdən biri də məhz dar günün dostluğudur.

Azərbaycan-yəhudi qardaşlığının kökündə yalnız İsraillə hərbi-siyasi əməkdaşlıq dayanmır. Yəhudilər yüz illərdir ki, Azərbaycan cəmiyyətinin ayrılmaz və qiymətli bir hissəsidir. Prezident İlham Əliyevin dediyi kimi, “yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar”.

İsrail Prezidenti isə Bakıdan bəyan etdi ki, “millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir”. Təbii ki, belə siyasi ritorika bütün sferalarda əməkdaşlıq üçün yaşıl işıqdır və əlaqələr isə yalnız müdafiə sənayesi ilə kifayətlənmir. Hersoqun bu səfəri də məhz ikitərəfli gündəliyimizdə duran önəmli məsələlərin daha geniş dairəsini müzakirə etmək üçün önəmli imkandır. Eyni zamanda, İsraildə Azərbaycan səfirliyinin artıq fəaliyyət göstərməsi, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıraraq daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Müzakirələrin konturları isə bəllidir, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri, habelə irriqasiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq, təhsil, səhiyyə, ən nəhayət müasir dövrün əsas çağırışı olan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq.

Təbii ki, Bakıda hər iki liderin ifadə etdiyi ali iradə bu sahədə əməkdaşlığın uğurunu öncədən təmin edir.

Bərabər hüquqlu bu əməkdaşlıq ölkələrimizlə yanaşı bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açır. Azərbaycan-İsrail əməkdaşlığı bu gün regionda terror və təcavüz təhdidinin qarşısında əsas əngəllərdən biridir. Bu mənada İsrail Prezidentinin Bakıya səfəri və təmasları, tərəflər arasında imzalanan sənədlər iki ölkənin iradəsini ifadə etsə də, faydalılıq əmsalı dəfələrlə geniş arealı əhatələdiyinə görə qlobal xarakterə malikdir”.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Etibarlı əməkdaşlıq əlaqələri.

Azərbaycan-İsrail münasibətlərinin mövcud səviyyəsi hər iki ölkənin timsalında mədəniyyətlərarası dialoqun və əməkdaşlığın nə qədər böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir və ksenofobiya, islamafobiya kimi amillərin qlobal geosiyasi mübarizədə ideoloji faktor kimi istifadə edildiyi müasir dünyada nümunə olacaq yeganə əməkdaşlıq modeli hesab oluna bilər.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir: “Şübhəsiz ki, bu əlaqələlərin böyük inkişaf perspektivi var və 2023-cü ildə İsraildə Azərbaycan səfirliyinin açılması, eləcə də İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişafına böyük töhfə verəcək”.

Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birlikdə döyüşüblər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban veriblər. Yəhudilərin müsəlmanlarla birlikdə öz Vətənlərinin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə döyüşməsi haqqın, ədalətin, qardaşlığın, Vətən sevgisinin nə qədər böyük bir dəyər olduğunu nümayiş etdirir.

Təkcə İsraildə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi mənşəli azərbaycanlılar Azərbaycan diasporunun işində fəal iştirak edir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bütün bunlar bir daha sübuta yetirir ki, multikultiralizm və Vətən sevgisi Azərbaycanla bağlı olan bütün insanlara xas xüsusiyyət olmaqla yanaşı, bizi birləşdirən ən böyük dəyərdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəlliməsi Bəhriyyə Rəhimova

 

Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var. Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisədir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.

Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslarabaşlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq. Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Qarşılılıqlı turist axınının səviyyəsi artırılacaqdır.

Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.

İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə.

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabər hüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir.

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir.

Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri  yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri və iki ölkə arasında prezidentlərin birgə bəyənatları bir daha sübut edir ki, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Cənab Prezident İlham Əliyevin İsrail Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatında da qeyd olunur ki, “Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.”

O da qeyd olunmalıdır ki, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik həmdə hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. 30 may görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Bu əməkdaşlıq həm də gələcək strateji əməkdaşlıq üçün müəyyənləşən yol xəritəsinin bir hissəsidir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir.

Cari ilin 30 may tarixində Azərbaycan və İsrail prezidentləri arasında yeni nəsil ödəniş vasitələri sahəsində əməkdaşlığı haqqında görüş baş tutmuşdur. Azərbaycan və İsrail arasında iqtisadi-maliyyə, kibertəhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycanda kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir. Bu istiqamətdə zəruri fəaliyyətlərin həyata keçirilməsi və nəticədə əldə olunan uğurlar xüsusi önəmə malikdir. Rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətlər AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində Azərbaycanın qlobal mövqeyinin daha da yaxşılaşmasına səbəb olub.

Azərbaycan və İsrailin bu yaxınlarda əməkdaşlığını genişləndirməyə başladığı sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu haqda Azərbaycan Prezidenti cənab  İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqla birlikdə mətbuata bəyanatlarla çıxışı zamanı qeyd etmişdir. Dövlət başçısı hazırda Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində çox fəal qarşılıqlı ünsiyyətə start verildiyini də vurğulamışdır. Kibertəhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdıran Prezident cənab İlham Əliyev bildirib ki, şübhəsiz ki, İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə Azərbaycan üçün də faydalı olacaqdır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanda səfərdə olarkən həm o, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyev çox mühüm bəyanatlar, mesajlar verdilər, ciddi strateji sənədlər imzaladılar.

Burada xüsusi qeyd edilməli bir məsələ də dövlət başçımız və İ.Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”nın imzalanması oldu.

Cənab İlham Əliyev “İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir” – deyə bildirib: “Biz səfərdən sonra müsbət dinamikanın şahidi olacağıq. Çünki baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər – ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.

Ölkə başçısı onu da bildirib ki, İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir: “Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var”.

Cənab İlham Əliyev uzun illərdən sonra İsraildə açdığımız səfirliyimizdən də danışıb: “Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.

Azərbaycan Prezidentinin bu fikirləri də diqqət çəkib: “Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir”.

Azərbaycanda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq yəhudi icması ilə görüşüb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

   

Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur

Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri yüksək səviyyəyə qaldıracağını, eyni zamanda, daha yaxın qarşılıqlı fəaliyyət üçün daha çox fürsətlər yaradacağını söyləmişdir.

Azərbaycan İsrailin əsas müttəfiqlərindən biridir. Üstəlik, o, İsrailin neftə olan tələbatının 40 %-ni təmin edir. Azərbaycan və İsrail İran təhlükəsinə qarşı müqavimət göstərmək məqsədilə əməkdaşlıq edirlər.

Xatırladaq ki, martın 29-da Təl-Əvivdə Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimi olub. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri – Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət başçısı görüş zamanı qeyd edib ki, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 1.7 milyard ABŞ dollarından çoxdur və bu, diqqətçəkən miqdardır. Bununla yanaşı qarşıdakı illərdə ticarət dövriyyəmizi şaxələndirmək iqtisadiyyatımız üçün vacibdir. Planlaşdırdığımız və həyata keçirdiyimiz birgə layihələrimiz nəticəsində bizim daha balanslı ticarət dövriyyəmiz olacaq və bu sadəcə enerji faktorundan asılı olmayacaqdır. Azərbaycan İsrail üçün illərdir ki, etibarlı xam neft tədarükçüsü olmağa davam edir və bu enerji sahəsində yaxın əməkdaşlığı nümayiş etdirir.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

Önəmli əməkdaşlıq müqaviləsi.

İsrail ilə Azərbaycan arasında dərin mədəni-tarixi əlaqələr, dostluq və harmoniya mövcuddur. İsrail Azərbaycanın suverenliyini tanımış ilk ölkələrdən biri olub.

Azərbaycan və İsrail arasında imzalanan səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı ölkələrimizin səhiyyə sektorunun yeni mərhələdə inkişafı üçün mühüm platformadır. Əməkdaşlıq Planının tezliklə icraya başlayacağı qeyd edilib. Sənədi Azərbaycan səhiyyə naziri Teymur Musayev və İsrailin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.

Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi də danılmaz bir faktdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir.

Moşe Arbel ölkələr arasında səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın yüksək səviyyədədir. Bundan əlavə, İsrailin Ben Qurion Universiteti və Soroka Tibb Mərkəzi Azərbaycan Tibb Universiteti ilə fəal əməkdaşlıq edir.

Səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsi Azərbaycan Səhiyyə Nazirliyinin əsas hədəflərindəndir, buna görə də İsrailin beynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT həllərinin təcrübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcək.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb.

Mayın 30-u İsrail prezidenti İshaq Hersoqun Azərbaycana rəsmi başlayıb. Səfər tarixi rol oynamaqla yanaşı, iki ölkə arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir. Münasibətlərin mövcud səviyyəsi və hazırki geosiyasi situasiya bu səfərin önəmini artırır. Səfər zamanı müxtəlif ikitərəfli və regional məsələlər müzakirə olunmuş, ticarət, energetika və təhlükəsizlik kimi sahələrdə gələcək əməkdaşlıq planları nəzərdə tutulmuşdur.
Azərbaycanın da, İsrailin də məmnun qaldığı müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq bütövlükdə regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır. Lakin Azərbaycan – İsrail qardaşlığının kökündə yalnız İsraillə hərbi-siyasi əməkdaşlıq dayanmır. Yəhudilər yüz illərdir ki, Azərbaycan cəmiyyətinin ayrılmaz və qiymətli hissəsidir. Onlar ölkəmizin müasir inkişafına öz töhfələrin vermiş, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə çiyin-çiyinə vuruşmuşlar. Azərbaycan – İsrail əməkdaşlığı bu gün regionda terror və təcavüz təhdidinin qarşısında duran əsas əngəllərdən biridir və bu səfər gələcəkdə qarşılıqlı münasibətlərin inkişafı baxımından qlobal xarakterə malikdir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin müəllimi Asim Xəlilov

 

Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur.

İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub. İsrail-Azərbaycan münasibətləri bütün sahələri demək ola ki əhatə edir. Həmçinin, İsrail Azərbaycanla kənd təsərrüfatı, innovasiyalar, kiber-texnologiyalar, “ağıllı” şəhərlər sahəsində daim güclənən əməkdaşlığını davam etdirmək niyyətindədir.

Ölkə başçısı cənab İlham Əliyev İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayaraq demişdir: “Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir: “Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır”

Bir sözlə, İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsi istiqamətində parlaq səhifə  açacaq, hər iki dövlətə regional və beynəlxalq səviyyədə uğurlar gətirəcəkdir.

İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Onların ikiölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük əməkləri vardır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva