Deputat Jalə Əliyeva online qəbul keçirib-Foto

Deputat Jalə Əliyeva Zərdab rayonunun kanalizasiya xəttinin inşasıyla bağlı olaraq əlaqədar qurumlara növbəti dəfə şifahi və yazılı müraciət edəcəyini bildirib.

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Jalə Əliyeva müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:



Deputat Jalə Əliyeva aprel ayının 14-də seçiciləri ilə onların müraciətləri əsasında online qəbul keçirib. Qəbulda Zərdab şəhərindən, şəhərin Qoşaoba qəsəbəsindən, rayonun Alıcanlı, Çallı, Təzəkənd, Əlibəyli, Məmmədqasımlı, Gödəkqobu, Dəliquşçu kəndlərindən 24 vətəndaş iştirak edib. Müraciətlər Zərdab rayonunun kanalizasiya xəttinin inşası ilə bağlı deputat sorğusunun göndərilməsi, işlə təmin, əlilliyin təyin edilməsi, fərdi qaz xəttinin çəkilməsi, fərdi ev inşaatı və təmiri, özünəməşğulluq proqramında iştirak və s. məsələlərlə bağlı olub. Deputat Jalə Əliyeva Zərdab rayonunun kanalizasiya xəttinin inşasıyla bağlı olaraq əlaqədar qurumlara növbəti dəfə şifahi və yazılı müraciət edəcəyini, eyni zamanda deputat sorğusu göndərəcəyini, həmçinin qaldırılan digər məsələlərin hər biriylə ayrılıqda məşğul olacağını bildirib. Qəbul səmimiyət və məmnuniyət ortamında keçib.