Deputatlar MDB Parlament Assambleyasının iclasında iştirak ediblər - FOTOLAR

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva bu gün MDB Parlament Assambleyasının dövlət quruculuğu və yerli idarəetmə sahəsində təcrübənin öyrənilməsi üzrə daimi komissiyanın Sankt Petetburqda keçirilən iclasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü kimi iştirak edib.

Jalə Əliyeva iclasın gündəliyində dayanan 15 məsələdən 7-sinin ətrafında çıxış edərək, ölkəmizin mövqeyini, tərəfimizdən təklif edilən əlavə və dəyişiklikləri parlament üzvlərinin diqqətinə çatdırıb. Azərbaycanın irəli sürdüyü təkliflər, əlavələr və eyni zamanda iradlar MDB Parlament Assambleyası tərəfindən birmənalı və yekdilliklə qəbul edilib. Assambleya sabah öz işini digər komitələr üzrə davam etdirəcək.

Qeyd edək ki, Assambleyanın nümayəndə heyətinin tərkibinə Milli Məclisin vitse spikeri Adil Əliyev, komitə sədri Bəxtiyar Əliyev, komitə sədrinin müavini Jalə Əliyeva və deputatlardan Malik Həsənov, Arzu Nağıyev daxildirlər.