Bu gün can Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı çox sarsıtdı. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri cənab Şamil Ayırıma, Türkiyənin Azərbaycandakı Səfiri cənab Cahit Bağcıya, Türkiyənin Azərbaycandaki sabiq səfiri cənab Hulusi Kılıça, TBMM üzvü xanım Tülay Kaynarcaya zəng edərək, bu dəhşətli hadisəylə bağlı üzüntülərimizi bildirdim, dərin hüzünlə baş sağlığı verdim.
Saat24.az-ın xəbərinə görə, bu barədə millət vəkili Jalə Əliyeva öz sosial şəbəkə hesabında yazıb.
“Dövlət, ölkə, xalq olaraq bu yaranı da birlikdə sarıyacağıq. Bu zərbənin də öhdəsindən gələcəyik. Allah zəlzələdə həyatını itirənlərə rəhmət etsin, yaralananlara şəfa versin!”-deyə, millət vəkili sonra yazıb.