26 iyul 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mirzə Ələkbər Sabir adına Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mirzə Fətəli Axundovun anadan olmasının 210 illik yubileyi ilə əlaqədar “Böyük maarifçi-yazıçı Mirzə Fətəli Axundzadə” adlı dəyirmi masa keçirilib. Tədbirdə kitabxana kollektivi və bir qrup oxucu iştirak ediblər. Tədbir M.F. Axundovun həyatından bəhs edən “Səbuhi” filmindən fraqmentlərə baxışla başlayıb. Mərkəzi Kitabxanın metodika və biblioqrafiya şöbəsinin müdiri Leyla Orucova tədbiri açaraq, Axundovun maarifçi ideyalarından, Azərbaycan ədəbiyyat tarixinin inkişafında Axundovun rolundan və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrindən danışıb. Sonra Axundovun “Hekayət” əsərindən qısa parçalardan nümunələr gətirib. Kitabxananın Xidmət şöbəsinin müdiri Şövqiyyə Əliyeva Axundzadə irsinin kitabxanalarda təbliği və onun həyatı haqqında məlumat verib. Kitabxananın sistem inzibatçısı Ofeliya Mehralıyeva dramaturqun yaradıcılığından ətraflı məruzə edib. Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva Axundovun Azərbaycan əlifbasının dəyişməsində maarifpərvər fikirlərindən bəhs edib. Sonda dramaturqun əsərlərindən ibarət “Mirzə Fətəli Axundov – 210” başlıqlı kitab sərgisinə və komediyalarını əks etdirən fotosərgiyə baxış keçirilib.