Saat24.Az xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əliyeva rəsmi Facebook səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.
3 oktyabr 1993-cü il! Ulu Öndər Heydər Əliyevin xalqının səsiylə, arzusuyla Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün! İnkişafımıza, uğurlarımıza, qələbələrimizə aparan, bugünkü müstəqil, suveren, bütöv Azərbaycanın 30 ildə keçdiyi əsrlərə bərabər şanlı yolun başlanğıcı! Ölkəsinin və xalqının xilaskarı, dahi insan Heydər Əlirza oğlu Əliyevi minnətdarlıqla anırıq! Ruhu qarşısında ehtiramla baş əyirik!