Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva bu gün Bakı Dövlər Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib. Tədbirdə geniş məruzə ilə çıxış edən Jalə Əliyeva Azərbaycan tarixinin qanlı, eyni zamanda şərəfli səhifəsinə aparan yol, bu hadisənin baş vermə səbəbləri və nəticələri haqqında danışıb. 44 günlük müharibədə böyük Zəfərin əldə edilməsində Xalq-Ordu-Prezident həmrəyliyinin bütün bölgə və dünya üçün əhəmiyyətli bir örnək olduğunu diqqətə çatdıran Jalə Əliyeva, çıxışının sonunda, torpaqlarımızın bütövlüyü, ölkəmizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda canlarından keçən Vətən Sevdalısı bütün şəhidlərimizi rəhmət və hörmətlə anırıq, deyib.