Saat24.Az-ın məlumatına görə 8 oktyabr 2022-ci il tarixində Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Şəhid ailələri və qazilərin hüquqi təminatı" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə şəhid ailələri , müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan " Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri şəhid anası Ceyran Həsənova gələn qonaqları salamlayaraq, tədbirə başlamızdan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Rəsmi hissədən sonra müzakirələr çay süfrəsi arxasında da davam etdirildi.
"Şəhid Analarına Dəstək"İctima Birliyi
Əzəmətli,mətin,qürurlu Analarımız!