Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Bu dəfəki görüş fərqli formatda baş tutub vəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputat Elnur Allahverdiyev birgə şəkildə sakinlərlə səyyar görüş keçiriblər. Görüş 1 saylı tibb kollecinin akt zalında baş tutub.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərləri iştirak edərək zala toplaşan sakinlərin müraciət və təkliflərini dinləyiblər.
“Açıq mikrofon” formatında, dialoq şəklində keçirilən və sakinlərin böyük maraqla qarşıladıqları bu görüşdə çıxış edən onlarla vətəndaş onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Görüş zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verdi. Səyyar qəbul zamanı sakinlər əsasən su təminatı, qəzalı evlər, küçələrin işıqlandırılması, yolların asfaltlanması və digər bu kimi məsələlər qaldırdılar. Bütün müraciət və təkliflər nəzarətə götürüldü. Yasamal Rayon İcra Hakimiyyətinin başçısının tərtib edilmiş cədvələ əsasən rayon sakinləri ilə görüşləri davam edir.
Saat24.Az