Şəhər Rəhbərinin Şəhid ailələri ilə görüşləri davam edir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Vətən müharibəsinin rayonun Tanrıqulular kəndindən olan şəhidi İsgəndərov Elvin Mətləb oğlunun ailəsini ziyarət edib,Şəhidə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib. Görüşdə Şəhər Rəhbəri bildirib ki, şəhid ailələri ilə tədbirlərdə görüşlərim zamanı dəfələrlə demişəm mənim sizinlə görüşlərimiz təkcə tədbirlərdə məhdudlaşmır. Mən hər birinizin evinə gələrək görüşəcəm. Ailənizin bir üzvü kimi, əziziniz kimi sizlərlə dərdləşəcəm. Elə sözünüz, probleminiz olar ki, onu ümumi tədbirlərdə deyə bilmirsiniz, amma burdayam, evinizdəyəm ailənizi narahat edən problemlərinizi dinləməyə hazıram. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Şəhər İcra Hakimiyyətinin Başçısı kimi Məndən eləcə də digər şəhər və rayon rəhbərlərindən əsas tələblərindən biri budur ki, Şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçılarının problemlərini öyrənək, həlli üçün tədbirlər görək. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin, Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri diqqət və qayğı hər bir rəhbər işçiyə örnəkdir. Həmin qayğı Yevlaxda da hər zaman nümunə götürülür. Şəhid ailələrinə göstərilən qayğı bundan sonra da olduğu kimi davam etdiriləcəkdir.
Şəhidin atası Mətləb İsgəndərov oğlu ilə fəxr etdiyini bildirib. O, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Elvinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, Şəhid Gizir İsgəndərov Elvin Mətləb oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayon Tanrıqulular kənd qəbiristanlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, Laçının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Laçının azad olunmasına görə", Döyüş əməliyyatlarında şəxsi igidlik və cəsurluq nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalları ilə təltif olunmuşdur.
Saat24.Az