Yevlaxda Şəhid Fərid Cəfərovun ailəsi ziyarət edildi

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin, Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələri əsasında Azərbaycan Ordusunun şanlı qəhrəmanlıq səhifəsi yazaraq, möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində həlak olmuş Şəhidlərin ailələrinə, sağlamlığını itirmiş qazilərə, veteranlara daim diqqət və qayğı göstərilir, problemlərinə həssaslıqla yanaşılır. Respublikamızın hər yerində olduğu kimi Yevlaxda da bu işlər uğurla həyata keçirilir.

Belə ki, Şəhər İcra Hakimiyyətinin Rəhbərliyi və məsul şəxsləri tərəfindən rayonda yaşayan şəhid ailələri, qazilər mütəmadi ziyarət edilir, problemləri dinlənilir, həlli istiqamətində işlər görülür. İcra Hakimiyyətinin səlahiyyətindən kənar məsələr isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınır.

Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə növbəti ziyarət zamanı rayonun Quşçu kənd sakini, 44 günlük Vətən müharibəsində Şəhid olmuş Cəfərov Fərid İsmixan oğlunun ailəsinin yaşadığı evdə olublar. Ailə ilə söhbət zamanı Şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Həmçinin ziyarət əsnasında ailəni narahat edən məsələlər dinlənilib, həlli istiqamətində işlərin görülməsi üçün qeydiyyata alınıb.

Şəhidin Atası İsmixan Cəfərov bildirdi ki, imzalanan Fərman və Sərəncamlar, görülən bütün işlər bunu bir daha sübut edir ki, şəhid ailələrinin Ölkə Rəhbərliyinin daimi diqqətində olduğunu sübut edir. Şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə Ölkəmizin Başçısı, Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyeva və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etdi

Qeyd edək ki, Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Fərid Cəfərov Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları təltif edilib.