Zərdab rayonunda mərkəzi stadion son dəfə bundan 18 il əvvəl cari təmir edilmişdir-Millət vəkili Jalə Əliyeva
07 Noyabr
2.698
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsəkələri komitəsinin sədr müavini Jalə Əliyevanın bu gün Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və təbii ehtiyatlar, Energetika və ekologiya komitələrinin 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı təkliflər səsləndirib.
Yenilik .İnfo xəbər verir ki, deputat Jalə Əliyeva çıxışı zamanı bildirib ki, müzakirələrimiz Zəfər günlərimizə təsadüf edir. Bütün Zəfərlərimiz münasibətilə başda Müzəffər Ali Baş Komandan, Xilaskar Prezident cənab İlham Əliyev olmaqla hər birinizi təbrik edirəm.
Mən bir neçə kəlmə ilə gənclər və idman sahəsi ilə bağlı fikirlərimi biıdirmək istəyirəm. Yeniyetmə və gənclərin idman hazırlığının gücləndirilməsi ölkəmizdə prioritet təşkil edir. Bu sahəyə dövlət böyük diqqət ayırır. Lakin bununla belə hələ də rayonlarda təmirsiz, bərbad vəziyyətdə olan stadionlar var. Məsələn, mənim deputatı olduğum Zərdab rayonunda mərkəzi stadion son dəfə bundan 18 il əvvəl bizim təşəbbüsümüz və iştirakımızla cari təmir edilmişdir. Uzun illərdən bəri həmin stadionun əsaslı təmiri maliyə çatışmazlığı səbəbiylə növbə gözləyir. Rayon gənclərinin idmana olan böyük həvəsi və vətəndaşların davamlı tələbləri rayon icra hakimiyəti tərəfindən nəzərə alınaraq, vəziyyətdın çıxış yolu kimi, ötən il rayonda daxili imkanlarla mini futbol meydançası inşa edildi. Lakin bu dəfə də həmin meydançanın yaşıl örtüyünün əldə edilməsinə köməklik göstərmələri üçün Gənclər və İdman Nazirliyinə etdiyimiz müraciət yenə maliyə vəsaitinin çatışmaması ucbatından müsbət həllini tapmadı. Ona görə də, bu kimi hətta ən elementar məsələlərin belə həllində çətinliklərin yaranmaması üçün bu sahəyə məqsədli vəsaitlərin ayrılması məqsədəuyğun olardı.
Eynu zamanda hörmətli maliyə nazirimiz bu sahədə təmir bərpa işlərinə 11 milyon vəsait ayrılacağını bildirdi. Təmir və bərpa ediləcək İdman kompleksləri və stadionların siyahısına deputatı olduğum Zərdab rayonunda bir az əvvəl qeyd etdiyim kimi, 18 ildir növbəsini gözləyən Şəhər Mərkəzi Stadionunun da daxil edilməsini xahiş edirik”-deyə millət vəkili Jalə Əliyeva çıxışında bildirib