Rusiya – Ukrayna danışıqlarının beşinci raundu keçiriləcək

Ukrayna ilə Rusiya arasında hər gün ekspert qrupları səviyyəsində danışıqlar aparılır.

 

 

Bunu Ukrayna mətbuatına ölkənin Rusiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia bildirib.

O, qeyd edib ki, martın 21-də Ukrayna və Rusiya Federasiyasının rəsmi nümayəndə heyətlərinin onlayn görüşü planlaşdırılıb.

Qeyd edək ki,  iki ölkə arasındakı danışıqların dördüncü raundu martın 14-də baş tutub.

Mənbə: pravda.com.ua