Cinayətkarların əsas vəzifəsi ölkənin ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi yanında kəşfiyyat xidməti özünün “Telegram” kanalında məlumat yayıb.
“Muzdluların əsas hədəfi Volodimir Zelenski, Andrey Yermak, Denis Şmıxaldır”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bəyan etmişdi ki, Zelenskiyə qarşı artıq on dəfədən çox sui-qəsd cəhdi olub.