Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 08:04-də Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Zəlzələ yerli sakinlər tərəfindən hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.