Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.
Bu barədə Oxuaz.info-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Mənsim Həsən oğlu Əsgərov kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.