Futbol üzrə Region Liqasında 1/4 finalın ilk oyunları keçirilib.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən birində "Energetik" - "Cəbrayıl"ı qəbul edib.
Mingəçevir şəhər stadionunda 4000-dən çox azarkeşin izlədiyi oyunda meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşma "Cəbrayıl"ın 2-1 hesablı qələbəsi ilə nəticələnib.
"Energetik" - "Cəbrayıl" görüşü meydandakı gərgin mübarizə ilə yanaşı, tribunalardakı maraqlı anlarla da yadda qalıb. Qonaq komandanın azarkeş qrupunun fəallığı isə mənzərəyə xüsusi rəng qatıb.