Azərbaycanın “ELECTRİK HOUSE” MMC-nin təsisçisi Ramil Mehdiyev Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub.
Səfərin Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsinə təsadüf etməsi keçirilən görüşlərə bayram ovqatı qatıb.
Oktyabrın 29-da “ELECTRİK HOUSE” MMC-nin təsisçisi Ramil Mehdiyev Türkiyənin “Dreimann Aydıntlama Sanayi və Ticaret Anonum Şirkəti”nin direktoru Mürşit Erginol bəylə şirkətin ofisində görüşərək əməkdaşlıq müqaviləsi imzalayıblar.
Ramil Mehdiyev bildirib ki, tərəfdaşlıq üçün türk şirkətinin seçilməsi təsadüf deyil: “Türkiyə və Azərbaycan hər sahədə qardaşlıq və əməkdaşlıq etdiyi kimi ticarət sahəsində də bu ənənəni yaşadır. Hər iki qardaş ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan sahibkarlar üçün münbit şərait yaradıblar. Biz də dövlətlərimiz tərəfindən yaradılmış bu münbit şəraitdən ruhlanaraq ticarət əlaqələrimizi genişləndiririk və bugünkü imzalanan əməkdaşlıq müqaviləmiz də bir daha bunun sübutudur”.
Mürşit Erginol da Ramil Mehdiyevlə həmfikir olduğunu bildirərək bu bayram günündə imzalanan müqavilənin düşərli və uğurlu olmasına ümid etdiyini vurğulayıb.
Bayram əhval-ruhiyyəli tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, bu işgüzar səfərin yaratdığı fürsətdən yararlanan sahibkar Ramil Mehdiyev Türkiyədə müalicə olunan qazilərimizi də ziyarət edərək onlarla birlikdə Türkiyə Cümhuriyyətinin yubiley tədbirlərinə də qoşulub.